Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Tottenhem"in müdafiəçisi Ced Spens karyerasını İtaliya A Seriyasında davam etdirəcək.
Sportal.az xəbər verir ki, "İnter" ingiltərəli futbolçunun keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İtaliya klubu Spens üçün 30 milyon avro təzminat ödəyəcək. 26 yaşlı sağ cinah müdafiəçisi "İnter"lə 5 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, İngiltərə millisinin üzvü olan Ced Spens 2025/26 mövsümündə "Tottenhem"in heyətində meydana çıxdığı 44 rəsmi matçda 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi