Icma.az, Footbal-plus saytına istinadən bildirir.
''İnter'' bu qışın ilk transferini rəsmiləşdirib. İtaliya nəhəngi Zaqreb ''Dinamo''sundan sürpriz şəkildə gənc xorvatiyalı müdafiəçi Leon Yakiroviçi heyətinə qatıb.
"Football-plus.az" xəbər verir ki, 18 yaşlı solaxay mərkəz müdafiəçisi hazırda ''Hall Siti''ni çalışdıran, bir ara Türkiyədə də işləmiş Sergey Yakiroviçin oğludu. Bu futbolçu ilə 2031-ci ilə qədər müqavilə imzalanıb. O, ilk aylarda ''İnter''in U-23 komandasında çıxış edəcək.
Fabritsio Romanonun məlumatına görə bu transfer Milan klubuna 2,5 milyon avroya başa gəlib. Müqavilədə maksimum 2 milyon avro həcmində bonuslar da var.
Leon Yakiroviç peşəkar səviyyədə debütünu 16 yaşında - 2023/24-ün sonlarında Xorvatiya çempionatında edib. Ötən mövsüm ÇL-in liqa mərhələsində ''Dinamo''nun ''Milan''ı 2:1 yendiyi qarşılaşmanın son anlarında o da meydana daxil olmuşdu. Yakiroviç əsasən ''Dinamo''nun U-19 komandasında forma geyirdi. Xorvatiyanın aşağı yaş qrupları üzrə komandalarında ümumilikdə 18 oyun keçirib. O, transferin ardından bunları deyib:
''Çox sevincliyəm. 18 yaşım yenicə tamam olub. Karyeramın ən böyük addımını atdım. İnanıram ki, hər şey gözəl olacaq. Topla oynamağı sevən, ilk ötürməni verməyi bacaran mərkəz müdafiəçisiyəm. Hər kəs italiyalı müdafiəçilərin necə güclü olduqlarını bilir. Burda inkişaf edəcəyimi düşünürəm. Kumirim zatən Bastonidi və burda onunla birlikdə oynayacam. Mənə futbolda hər şeyi atam öyrədib. İllər ərzində mənim maksimum performans göstərməyimə nail oldu''.