futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“İnter” futbolçusu Hakan Çalhanoğlu ilə müqaviləni uzatmaq istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə “Sky İtalia” portalı məlumat yayıb. “Neradzurra” yaxın zamanda 32 yaşlı yarımmüdafiəçi ilə danışıqlara başlayacaq.
Türkiyəli futbolçu 2021-ci ildən “İnter”də forma geyinir. Onun müqaviləsi 2027-ci ilin yayına kimidir.
Yarımmüdafiəçi bu mövsüm A Seriyasında 3 oyunda 2 qol vurub.