İnter üçün ağır xəbər

20.02.2026

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"İnter" üçün ağır xəbər

"İnter"in Çempionlar Liqasının pley-off mərhələsinin "Bodo/Qlimt"lə ilk matçında zədələnən kapitanı Lautaro Martinezin durumu açıqlanıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

28 yaşlı hücumçu tibbi müayinədən keçib. Ona sol ayağın soleus əzələsinin burxulması diaqnozu qoyulub. Onun təxminən 3-4 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Xatırladaq ki, sözügedən görüşdə "Bodo/Qlimt" 3:1 hesablı qələbə qazanıb. İtaliya klubu isə Lautaro Martinezin zədələnməsinə görə Norveç təmsilçisini günahlandırıb. "İnter" oyunun keçirildiyi suni meydançanın pis vəziyyətdə olmasının belə hala gətirib çıxardığını düşünür. Hətta buna görə UEFA-ya şikayət də edib. 

Martinez bu mövsüm bütün turnirlərdə 35 oyuna çıxıb, 18 qol vurub və 4 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью