İnter ukraynalı qapıçını transfer etmək istəyir

23.11.2024

Icma.az bildirir, Report.az portalına istinadən.

İtaliyanın "İnter" klubu Ukrayna millisinin və İspaniya təmsilçisi "Real"ın qapıçısı Andrey Lunini heyətinə qatmaq istəyir.

"Report" xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.

25 yaşlı qolkiper Milan təmsilçisinin transfer siyahısındadır. Ölkə çempionu oyunçunu 36 yaşlı Yan Zommerə əvəzləyici kimi görür.

Qeyd edək ki, Andrey Lunin cari mövsüm Madrid təmsilçisinin heyətində beş matçda meydanda olub.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью