“İnter” və “Cenoa” azarkeşləri arasında qarşıdurma yaşanıb VİDEO

15.12.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

İtaliya A Seriyasında “Cenoa” - “İnter” oyunu öncəsi ciddi insident baş verib.

İdman.Biz “Football Italia” nəşrina istinadla xəbər verir ki, 15-ci turun qarşılaşmasından təxminən bir saat əvvəl hər iki klubun azarkeşləri arasında toqquşmalar yaşanıb.

Genuya şəhərində baş verən hadisələr zamanı fanatlar bir-birinə müxtəlif əşyalar atıb, polis əməkdaşlarına hücum ediblər.

Mənbənin bildirdiyinə görə, iğtişaşlar nəticəsində bir furqon, bir skuter, bir avtomobil və yeddi zibil konteyneri yandırılıb. Asayişi bərpa etmək üçün hüquq-mühafizə orqanları gözyaşardıcı qazdan istifadə etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, dekabrın 14-də keçirilən qarşılaşma “İnter”in 2:1 hesablı qələbəsiilə başa çatıb.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью