İnter və Milan eyni futbolçunu transfer etməyi planlaşdırır

01.04.2026

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

Seneqal milli komandasının kapitanı Sadio Mane Avropaya geri qayıtmağa hazırlaşır.

Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, 33 yaşlı futbolçu indi də “İnter”in transfer siyahısına düşüb. 

“Nerazzura” artıq indidən təcrübəli futbolçu ilə danışığa keçib. Lakin keçidin baş tutub-tutmayacağı mövsümün sonunda bəlli olacaq. Məsələ burasındadır ki, Maneyə təkliflər çoxdur və o, qərar verməkdə tələsmir. Onu istəyən klublardan digəri də eyni şəhəri təmsil edən “Milan”dır. Mane 2023-cü ildən “Əl-Nəsr”in formasını geyinir.

O, daha əvvəl “Metz”, “Zaltsburq”, “Southempton”, “Liverpul”, “Bavariya” klublarının formasını geyinib.
 

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью