“İnter” və “Milan” yeni stadiondan milyonlar qazanacaq

09.11.2026

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“İnter” və “Milan” futbol klublarının “Generali” sığorta şirkəti ilə yeni stadionun adlandırma hüququna dair razılaşmasının maliyyə detalları məlum olub.

İdman.Biz İtaliya mediasına istinadən xəbər verir ki, müqaviləyə əsasən, ilk beş il ərzində şirkət klublara hər mövsüm ümumilikdə 10 milyon avro ödəyəcək. Məbləğ bərabər bölünəcək və hər klubun illik gəliri beş milyon avro olacaq.

Stadion istifadəyə verildikdən sonra illik ödəniş 30 milyon avroya yüksələcək. Sonrakı 20 il ərzində “İnter” və “Milan”ın hər biri mövsümdə 15 milyon avro qazanacaq.

Beləliklə, 25 illik razılaşma iki kluba ümumilikdə 650 milyon avro, təxminən 1,24 milyard manat gəlir gətirəcək. Bunun 50 milyonu stadionun açılışınadək, 600 milyonu isə istifadəyə verilməsindən sonrakı dövrə aiddir.

Yeni arena “Generali Stadium” adlanacaq. Sığorta şirkəti həmçinin hər iki klubun rəsmi sığorta tərəfdaşı olacaq.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью