Icma.az, futbolpress-az saytına istinadən bildirir.
“İnter”dən ayrılan Matteo Darminanın yeni ünvanı məlum olub.
Futbolpress.az xəbər verir ki, müdafiəçi “Bolonya”ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
36 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
İtaliya yığmasının sabiq üzvü olan Darmian karyerası ərzində ölkəsində “Milan”, “İnter”, İngiltərədə “Mançester Yunayted” kimi klublarda forma geyinib.