İnter və Roma nın 36 yaşlı sabiq üzvü II Divizion klubunda çıxış edəcək

22.01.2025

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İtaliya təmsilçiləri "İnter" və "Roma"nın sabiq futbolçusu Raca Nainqqolan yenidən Avropaya qayıdıb.

"Report" xəbər verir ki, son olaraq İndoneziyanın "Bhayanqkаrа" klubunda forma geyinən 36 yaşlı belçikalı müdafiəçi ölkəsində çıxış edəcək.

O, II Divizion təmsilçisi "Sportinq Lokeren"in uğurları üçün çalışacaq.

Qeyd edək ki, R.Nainqqolan “İnter”lə İtaliya çempionu olub. “Roma”nın heyətində isə dörd il ardıcıl A seriyasında mövsümün simvolik komandasına daxil edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью