Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İtaliyanın bir sıra tanınmış klubları Azərbaycanın U-21 millisinin üzvü Lorenzo Mezzotero ilə yaxından maraqlanır.
Qaynarinfo xəbər verir ki, insayder Nikolo Skiranın yaydığı məlumata görə, hazırda “Sampdoriya”nın formasını geyinən 18 yaşlı hücumçu bir neçə klubun diqqət mərkəzinə düşüb.
Onun xidmətində “İnter”, “Yuventus”, “Napoli”, “Fiorentina”, “Komo”, “Sassuolo” və “Montsa” maraqlıdır. Adıçəkilən komandaların gənc futbolçunun çıxışını izlədiyi bildirilir.
Qeyd edək ki, Azərbaycan U-21 millisinin dəvətini qəbul edən Lorenzo Mezzotero “Sampdoriya”nın heyətində keçirdiyi son 4 oyunda 4 qol vurub. Gənc hücumçunun bu məhsuldarlığı İtaliya klublarının diqqətini cəlb edib.