İnter Xorvatiyadan 18 yaşlı müdafiəçi gətirdi

26.01.2026

Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İtaliyanın "İnter" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Milan təmsilçisi "Dinamo"dan Leon Yakiroviçi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"İnter" xorvatiyalı mərkəz müdafiəçisi üçün Zaqreb klubuna 2,5 milyon avro təzminat ödəyib. 18 yaşlı mərkəz müdafiəçisi ilə 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Xorvatiya U18 millisinin üzvü olan Leon Yakiroviç "Dinamo"nun U-19 komandasında çıxış edirdi.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью