İnter xorvatiyalı futbolçu ilə razılaşıb

21.01.2025

Operativ MM portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Zaqreb "Dinamo"sunun yarımmüdafiəçisi Petar Suçiç "İnter"ə keçidinə razılıq verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, "Neradzurri"nin 21 yaşlı futbolçu ilə danışıqları uğurlu alınıb.

Tərəflər şifahi razılığa gəliblər.

"İnter" hazırda Zaqreb "Dinamo"su ilə transferin şərtlərini müzakirə edir və hər şey müqavilənin bağlanmasına doğru gedir.

Petar Suçiçin dəyəri "Transfermarkt" tərəfindən 12 milyon avro olaraq qiymətləndirilib.

Futbolçu Xorvatiya millisində 5 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью