Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"İnter" Yan Zommerlə yolları ayırdı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
"İnter" qapıçısı Yan Zommerlə yollarını ayırıb.
QOL.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
37 yaşlı isveçrəli qolkiperlə başa çatan müqavilə yenilənməyib.
Zommer "İnter"də keçirdiyi 3 mövsüm ərzində bütün turnirlərdə 139 oyuna çıxıb, 120 qol buraxıb. O, 66 matçda isə qapısını toxunulmaz saxlayıb.
Təcrübəli qapıçı 2023-cü ilin avqustunda "İnter"ə transfer olunmuşdu. O, Milan təmsilçisi ilə iki A Seriyası çempionluğu, bir İtaliya Kuboku və bir İtaliya Superkuboku qazanıb.