“İnter”də ciddi itki

15.01.2026

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

“İnter” aparıcı oyunçularından birinin xidmətindən məhrum olub.

"Football-plus.az" xəbər verir ki, komandanın türkiyəli futbolçusu Hakan Çalhanoğlu sıradan çıxıb.
Milan klubunun məlumatına görə, tibbi müayinə zamanı futbolçunun sol baldır əzələsində zədə aşkarlanıb. 31 yaşlı yarımmüdafiəçinin bərpa prosesinin nə qədər çəkəcəyi hələlik açıqlanmayıb. İtaliyanın “Sky” nəşri isə yarımmüdafiəçinin təxminən 20 gün futboldan uzaq qalacağını bildirib.
Çalhanoğlu bu mövsüm keçirdiyi 22 matçda 8 qol və 4 məhsuldar ötürmə ilə komandasının aparıcı oyunçularından biri sayılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью