“İnter”də ciddi itki

03.05.2025

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“İnter” ciddi itki ilə üzləşib.

İdman.biz xəbər verir ki, Lautaro Martines Çempionlar Liqasının yarımfinal mərhələsinin “Barselona” ilə cavab oyununu buraxacaq.

27 yaşlı argentinalıda əzəli dartılması aşkarlanıb. O, komandalar arasında ilk görüşdə (3:3) zədələnib.

Qeyd edək ki, Milanda keçiriləcək cavab oyunu mayın 6-da baş tutacaq.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью