Icma.az, Sherg.az portalına istinadən məlumat verir.
Bir ay yaşıl meydanlardan uzaq qalacaq
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. İtaliyanın “İnter” klubunun türkiyəli futbolçusu Hakan Çalhanoğlu zədələnib. Yarımmüdafiəçinin təxminən bir ay meydana çıxa bilməyəcəyi qeyd olunur.
Sherg.az xəbər verir ki, klub futbolçunun səhhəti ilə bağlı rəsmi açıqlama yayıb.
Bildirilib ki, Hakan Çalhanoğlu bu gün səhər Rozzanodakı “Humanitas” Klinik İnstitutunda tibbi müayinədən keçib. Müayinələr zamanı onun sağ bud nahiyəsinin bükücü əzələlərində gərilmə aşkarlanıb.
“Sky Italia”nın məlumatına görə, Türkiyə millisinin üzvü təxminən bir ay yaşıl meydanlardan kənarda qalacaq.