“İnter”də müqavilə günü

05.06.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“İnter” baş məşqçisi Kristian Kivu ilə müqaviləni uzadacaq.

Futbolpress.az ANSA nəşrinə istinadən xəbər verir ki, mütəxəssislə danışıqlar uğurla yekunlaşıb. Tərəflər arasında müddəti 2028-ci ilin yayına qədər olacaq müqavilə imzalanacaq.

Rəsmi açıqlamanın bu gün olacağı gözlənilir.

Kivu 2025-ci ilin yayından “İnter”ə rəhbərlik edir. Komanda onun başçılığı altında bu mövsüm İtaliya A Seriyasını və İtaliya Kubokunu qazanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью