“İnter”də yeni Zanetti dönəmi

13.08.2026

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“İnter”in əfsanəvi kapitanı Xavyer Zanettinin oğlu Tomas Milan klubu ilə müqavilə imzalayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

2012-ci il təvəllüdlü Tomas Zanetti yarımmüdafiəçi mövqeyində çıxış edir. O, karyerasını “İnter”in akademiyasında davam etdirəcək.

Qeyd edək ki, onun atası Xavyer Zanetti 1995–2014-cü illərdə “İnter”in şərəfini qoruyub və 1999-cu ildən komandanın kapitanı olub. Argentina millisinin keçmiş üzvü bu müddətdə 5 dəfə İtaliya çempionluğu, 4 dəfə ölkə kuboku və İtaliya Superkubokunu qazanıb, həmçinin UEFA Kuboku, Çempionlar Liqası və Klublararası Dünya Çempionatında zəfər çalıb.

Futbolçu karyerasını bitirdikdən sonra da Milan təmsilçisini tərk etməyən Zanetti 2014-cü ildən klubun vitse-prezidenti vəzifəsini icra edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью