Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“İnter”in futbolçusu İssiaka Kamate karyerasını İspaniyada davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi “Espanyol”la anlaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. “İnter” futbolçusunun satışından 3 milyon avro qazanacaq.
Kamate “neradzurra”nın U-23 komandasında çıxış edib.
“10 nömrə” daha əvvəl Portuqaliyada AVS, İtaliyada isə “Modena”da icarədə olub.