“İnter”dən ayrılan Arnautoviç ölkəsinə qayıdacaq

10.07.2025

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən mövsümün sonunda İtaliyanın “İnter” komandasından ayrılan Marko Arnautoviç ölkəsi Avstriyaya qayıdacaq.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 36 yaşlı hücumçu “Rapid”ə (Vyana) keçəcək. Tərəflər arasında maliyyə ilə bağlı danışıqlar davam edir.

Avstriya millisinin üzvü ötən mövsüm Milan təmsilçisinin heyətində 28 oyunda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью