“İnter”dən ayrılan hücumçu “Beşiktaş”a keçə bilər

20.06.2025

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

“İnter”dən ayrılan Marko Arnautoviç karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, avstriyalı hücumçu “Beşiktaş”ın diqqət mərkəzindədir. Bu barədə “Kurier” nəşri məlumat yayıb. Xəbərdə Arnautoviçlə “Beşiktaş” və yerli “Rapid”in yaxından maraqlandığı bildirilib.

Başa çatan mövsümdə “İnter”lə 28 oyuna çıxan 36 yaşlı futbolçu 7 qol vurub, 2 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью