“İnter”dən böyük transfer

19.08.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

İtaliyanın “İnter” klubu “Liverpul”un mərkəz yarımmüdafiəçisi Kertis Consun keçidini tamamlayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında məlumat paylaşıb.

Sövdələşmənin dəyəri 35 milyon avro təşkil edəcək. 25 yaşlı futbolçu tezliklə tibbi müayinədən keçərək rəsmi müqaviləyə imza atacaq.

Cons “Liverpul”un yetirməsidir. İngiltərəli yarımmüdafiəçi doğma klubunun heyətində meydana çıxdığı 228 rəsmi oyunda 22 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb. O, İngiltərə milli komandasında keçirdiyi 6 matçda isə 1 dəfə fərqlənib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью