“İnter”dən “Liverpul”la oyunöncəsi “Harri Potter” üslubunda təqdimat VİDEO

09.12.2025

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

İtaliyanın “İnter” klubu “Liverpul”la keçirəcəyi Çempionlar Liqası matçı üçün xüsusi videorolik hazırlayıb. Klubun sosial şəbəkələrində paylaşılan təqdimat məşhur “Harri Potter” üslubunda işlənib və böyük maraq doğurub.

İdman.Biz xəbər verir ki, Milan təmsilçisi videonu belə şərh edib:

“Sehrli duel başlamaq üzrədir.”

Rolikdə “San Siro” arenanın mistik təsvirləri, sehrbaz motivləri və matçın həlledici əhəmiyyətini vurğulayan vizual effektlər yer alıb. Azarkeşlər videonu sosial şəbəkələrdə geniş şəkildə paylaşıb və “İnter”in kreativ təqdimatına yüksək qiymət verib.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью