“İnter”ə bu transferi həyata keçirməyə icazə verilmədi

13.07.2026

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

“İnter”ə bu transferi həyata keçirməyə icazə verilmədi

“İnter”in prezidenti Cüzeppe Marotta “Union”un yarımmüdafiəçisi Anan Xalailinin transferinin niyə baş tutmadığını açıqlayıb.

QOL.az xəbər verir ki,  bu barədə italiyalı jurnalist Daniele Mari məlumat yayıb. 

Klub rəhbəri deyib ki, 21 yaşlı israilli futbolçu Milan təmsilçisinin tibbi müayinəsindən keçsə də, İtaliya Milli Olimpiya Komitəsi (CONI) transferə icazə verməyib.

“Bu xəbəri çox yaxın zamanda öyrəndik. Xalailinin keçidi ilə bağlı razılıq əldə olunmuşdu, lakin o, tibbi müayinədən keçə bilmədi. Məxfiliyə görə detalları açıqlaya bilmərəm, çünki İtaliyada səhiyyə ilə bağlı qanunlar çox sərtdir.

Bu, “İnter”in tibbi heyətinin qərarı deyil, İtaliya Milli Olimpiya Komitəsinin imtinasıdır. Bu, fors-major haldır və biz buna tabe olmağa məcburuq. Bu xəbəri böyük təəssüf hissi ilə çatdırıram, çünki bizi çox məyus etdi. İndi mümkün alternativlər barədə düşünməliyik”, – deyə Marotta jurnalist Daniele Mariyə bildirib.

Qeyd edək ki, Xalaili 2024-cü ilin yayından “Union”un formasını geyinir. O, ötən mövsüm Belçika çempionatında keçirdiyi 38 oyunda 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью