“İnter”ə Hakan Çalhanoğludan pis xəbər 3 həftəlik itki

24.11.2026

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İtaliyanın “İnter” klubunun türkiyəli yarımmüdafiəçisi Hakan Çalhanoğlu zədəsi səbəbindən bir müddət yaşıl meydanlardan uzaq qalacaq.

Apasport.az xəbər verir ki, 32 yaşlı futbolçu təxminən üç həftə komandasına kömək edə bilməyəcək.

Çalhanoğlu İtaliya A Seriyasının XII turunda “Atalanta” ilə keçirilən və 4:4 hesabı ilə başa çatan görüşdə zədələnib. O, qarşılaşmanın 33-cü dəqiqəsində sağ bud nahiyəsində ağrı hiss edərək meydanı tərk edib.

Türkiyə millisinin üzvü UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Ştutqart”la keçiriləcək görüşü, həmçinin A Seriyasında “Cenoa”ya qarşı oyunu buraxacaq.

Qeyd edək ki, Çalhanoğlu cari mövsümdə ikinci dəfə əzələ zədəsi ilə üzləşib. O, sentyabrda da sağ bud əzələsində yaranan problem səbəbindən təxminən 20 gün yaşıl meydanlardan kənarda qalıb.

La Liqada narazılıq – “Atletiko”nun baş direktoru istefa verdi “Sabah”ın Çempionlar Liqasındakı rəqibində ciddi itki “Trabzonspor” Riçarlison üçün hərəkətə keçdi – “Tottenhem”in istədiyi məbləğ açıqlandı PSJ-yə rədd cavabı verdi – “Benfika”da qalacaq “Qalatasaray”a Leaodan pis xəbər: Mövsümün ilk yarısını başa vurdu
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью