“İnter”in futbolçusu üç həftə oynamayacaq

28.11.2024

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İtaliyanın “İnter” komandasının futbolçusu Benjamin Pavar sıradan çıxıb.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, Çempionlar Liqasının V turunda Almaniyanın “Leyptsiq” klubu ilə ev oyununda (1:0) zədələnən 29 yaşlı müdafiəçi üç həftə yaşıl meydanlardan uzaq qalacaq.

O, A Seriyasında “Fiorentina” və “Parma” ilə təşkil olunacaq oyunlarda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, “İnter” Çempionlar Liqasında növbəti oyununu dekabrın 10-da Almaniyanın “Bayer” komandasına qarşı keçirəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью