“İnter”in futbolçusu üç həftə oynamayacaq AZƏRTAC

28.11.2024

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 28 noyabr, AZƏRTAC

İtaliyanın “İnter” komandasının futbolçusu Benjamin Pavar sıradan çıxıb.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, Çempionlar Liqasının V turunda Almaniyanın “Leyptsiq” klubu ilə ev oyununda (1:0) zədələnən 29 yaşlı müdafiəçi üç həftə yaşıl meydanlardan uzaq qalacaq.

O, A Seriyasında “Fiorentina” və “Parma” ilə təşkil olunacaq oyunlarda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, “İnter” Çempionlar Liqasında növbəti oyununu dekabrın 10-da Almaniyanın “Bayer” komandasına qarşı keçirəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью