Idmanxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“İnter”dən ayrılan Marko Arnautoviç ölkəsi Avstriyaya qayıdacaq.
İdmanxeber.az-ın məlumatına görə, 36 yaşlı forvard “Rapid”ə (Vyana) keçəcək. Artıq tərəflər arasında ilkin razılıq əldə edilib. Maliyyə ilə bağlı danışıqlar davam edir.
Avstriya millisinin üzvü ötən mövsüm Milan təmsilçisinin heyətində 28 oyunda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.