Idmanxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“İnter”in hücumçusu Lautaro Martines komandanın tarixinə düşüb.
İdmanxeber.az-ın məlumatına görə, argentinalı oyunçu “Bavariya” ilə cavab görüşündə (2:2) qol vuraraq buna nail olub. Martines “İnter”in tarixində 150 qol həddinə çatan ilk əcnəbi oyunçu olub.
2018-ci ildən “İnter”də çıxış edən 27 yaşlı hücumçu bu mövsüm bütün turnirlərdə 43 oyuna 21 qol vurub, 6 qol ötürməsi edib.