İnterin prezidenti: Atalanta dovşan, biz isə ovçuyuq

18.12.2024

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"İnter"in prezidenti Cüzeppe Marotta A Seriyasında çempionluq yarışı ilə bağlı fikirlərini bölüşüb.

Apasport.az xəbər verir ki, Marotta çempionluq yarışında əsas rəqib olaraq "Atalanta"nı görür: 

“Atalanta"nın inkişaf modeli bütün dünya üçün nümunə ola bilər. Bütün klubların öz xarakteri var və “Atalanta” qələbə ruhu əldə etməyi bacarıb ki, bu da asan deyil. Mövsüm irəlilədikcə təzyiqin öhdəsindən gələ bilirlər. Onlar dovşan, biz isə ovçuyuq. "Atalanta" çempionata əsas namizədlərdən biri olacaq".

Qeyd edək ki, İtaliya A seriyasının 16 turundan sonra "Atalanta" 37 xalla turnir cədvəlində birincidir. “Napoli” 35 xalla ikinci pillədə qərarlaşıb. Rəqiblərindən 1 oyun geri qalan "İnter" isə 34 xalla 3-cüdür.
 

Dünyanın ən yaxşı futbolçusu bəlli oldu Van Bronkhorstdan “Beşiktaş” açıqlaması: "ORADA SÖZÜM KEÇMİRDİ" “Fənərbaxça”nın ulduzu İtaliya yolunda "Fənərbaxça"nın "Qalatasaray"la bağlı etirazları bitmir - BƏYANAT Benzema “Real”a qayıda bilər
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью