“İnter“in qapıçısı Josep Martinesi yeddi il həbs cəzası gözləyir

29.10.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

İtaliyanın “İnter” komandasının qapıçısı Josep Martines baş vermiş yol qəzası ilə bağlı istintaqa cəlb olunub.

İdman.Biz xəbər verir ki, futbolçu Lombardiya bölgəsində yerləşən Komo vilayətində əlil arabasında olan yaşlı kişini maşınla vuraraq onun ölümünə səbəb olub.

Regional prokurorluq hadisə üzrə ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə araşdırma başladıb.

İstintaq çərçivəsində yol örtüyünün vəziyyəti, əyləc izləri və avtomobilin hərəkət sürəti kimi bütün detallar araşdırılır.

Martinesə 7 ilədək həbs cəzası verilə bilər.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью