Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“İnter”in 39 yaşlı keçmiş müdafiəçisi Nikolas Ciani uzunsürən xəstəlikdən sonra vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, Ciani 2022-ci ildə məhz xəstəliyinə görə futbolçu karyerasını başa vurmuşdu.
Qeyd edək ki, Nikolas Ciani “İnter”lə yanaşı, “Kremoneze”, “Pro Patria”, “Viçentsa”, “Peruca”, “Spetsiya”, “Feralpisalo” və “Dezentsano” klublarında forma geyinib.