“İnter”in sabiq futbolçusu Stefan de Vrey “Panatinaikos”a keçib

01.07.2026

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

“İnter”in keçmiş müdafiəçisi Stefan de Vrey azad agent kimi “Panatinaikos”a keçib.

İdman.Biz xəbər verir ki, bu barədə Yunanıstan klubunun rəsmi saytı məlumat yayıb.

Niderlandlı futbolçu “yaşıllar”la 2027-ci ilin yayına qədər müqavilə imzalayıb.

De Vrey 2018-ci ildən “İnter”də çıxış edib. Bu müddət ərzində o, “nerazzurri”nin heyətində 296 oyunda meydana çıxıb, 13 qol vurub və səkkiz məhsuldar ötürmə edib. Bu komanda ilə o, üç İtaliya çempionluğu, üç İtaliya Kuboku və üç İtaliya Superkubokunu qazanıb. O, əvvəllər “Latsio” və “Feyenoord”da da oynayıb.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью