“İnter”in sabiq futbolçusu vəfat etdi

19.09.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İtaliyanın “İnter” klubunun sabiq futbolçusu Sandro Matsola vəfat edib.

Futbolpress.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Keçmiş futbolçu 84 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.

Matsola 1961-1977-ci illərdə “İnter”in formasını geyinib.

Matsola İtaliya millisinin də üzvü olub. O, 1968-ci ildə Avropa çempionu adını qazanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью