İnterin sabiq futbolçusu Yuventusa keçmək istəyir

17.11.2024

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

PSJ-nin müdafiəçisi Milan Şkrinyar İtaliya A Seriyasına qayıda bilər.

Sportal.az xəbər verir ki, "Yuventus" skovakiyalı futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Fransa klubunda əsas heyətə düşə bilməyən 29 yaşlı mərkəz müdafiəçisi özü də İtaliyaya dönmək və "Yuventus"da oynamaq təklifinə isti yanaşır.

Qeyd edək ki, Milan Şkrinyar ötən ilin yayında"İnter"lə müqaviləsi başa çatdıqdan sonra azad agent statusu ilə PSJ-yə keçib. Slovakiya millisinin üzvü bu mövsüm Paris təmsilçisinin heyətində 4 rəsmi matçda meydana çıxıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью