“İnter”in üzvü “Vilyareal”da

29.01.2025

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İspaniya La Liqası komandalarından “Vilyareal” heyətini gücləndirməyə davam edir.

Apasport.az xəbər verir ki, klub A Seriyası təmsilçilərindən “İnter”də çıxış edən Taxon Buçananı transfer edib.

Bu barədə məşhur insayder Fabrizio Romano məlumat yayıb.

Tərəflər arasında razılaşmaya əsasən, futbolçu mövsümün ikinci yarısını icarə əsasında İspaniya təmsilçisinin heyətində keçirəcək.

Xatırladaq ki, kanadalı yarımmüdafiəçi ötən il Belçikanın “Brügge” klubundan 7,30 milyon avroya transfer edilmişdi.

Qeyd edək ki, 25 yaşlı futbolçu bu mövsüm “İnter”in heyətində 7 rəsmi görüşdə iştirak edib.

Sabiq "Arsenal"lı İtaliya klubunda Bonifeys Ronaldo ilə komanda yoldaşı olacaq Ziyeş Qətər klubuna doğru Kurtua: “Biz hələ də favoritlərdən biriyik” Çerçesov Qazaxıstandan əli dolu getdi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью