“İnter”in veteran futbolçusu Evaristo Bekkalossi vəfat edib

06.05.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 6 may, AZƏRTAC

İtaliyanın “İnter” komandasının veteran futbolçusu Evaristo Bekkalossi vəfat edib.

AZƏRTAC xəbər verir ki, o, 69 yaşında uzun sürən xəstəlikdən sonra müalicə aldığı Breşiyadakı klinikada dünyasını dəyişib.

Evaristo Bekkalossi 1980-ci ildə A Seriyasını və ölkə kubokunu qazanıb. O, həmçinin "Sampdoriya”nın heyətində də İtaliya Kubokuna sahib çıxıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью