Icma.az bildirir, Apa.az portalına istinadən.
Memarlıq, dizayn, tikinti və təmir şirkəti olan “İnterium” yaşayış və kommersiya məkanları üçün fərdi mebel istehsalını ödənişsiz ölçü və ilkin məsləhətlə başlayır. Mebelin ölçüləri, dizaynı və yerləşməsi məkanın xüsusiyyətlərinə və interyerin ümumi konsepsiyasına uyğun müəyyənləşdirilir.
Mebelin ölçüsü, yerləşməsi və interyerə uyğunluğu təmir işlərinə başlamazdan əvvəl müəyyənləşdirildikdə məkanın daha funksional tərtibatı mümkün olur. “İnterium” fərdi mebel istehsalını ümumi layihənin tərkib hissəsi kimi planlaşdıraraq yaşayış və kommersiya məkanları üçün fərdi həllər təqdim edir.
İş prosesi ödənişsiz ölçü və ilkin konsultasiya ilə başlayır. Bu mərhələdə müştərinin mebeldən istifadə məqsədi, dizayn üstünlükləri və məkanla bağlı gözləntiləri öyrənilir. Əldə olunan məlumatlar əsasında mebelin ölçüləri məkanın planına, dizaynı və material seçimi isə interyerin ümumi tərtibatına uyğunlaşdırılır.
Fərdi mebel istehsalının interyer layihəsi ilə birlikdə planlaşdırılması məkanın hər bir detalının əvvəlcədən nəzərə alınmasına imkan verir. Beləliklə, mebelin yerləşməsi, ölçüləri və dizaynı digər interyer elementləri ilə uyğunlaşdırılır, funksionallıq və estetik görünüş arasında balans yaradılır.
“Interium” MMC fərdi mebel istehsalı ilə yanaşı, memarlıq, layihələndirmə, interyer və eksteryer dizaynı, təmir və tikinti xidmətləri də göstərir. Müştərilər ilkin ölçü və layihələndirmədən təmir işlərinə, eləcə də fərdi mebelin hazırlanmasına qədər bütün mərhələləri eyni şirkətə həvalə edə bilirlər.
Bu yanaşma layihənin bütün mərhələlərində razılaşdırılmış dizayn qərarlarının qorunmasına və işlərin vahid konsepsiya əsasında həyata keçirilməsinə şərait yaradır.
“Interium” MMC-nin fəaliyyəti və xidmətləri haqqında ətraflı məlumatla şirkətin rəsmi internet səhifəsində tanış olmaq mümkündür.