İnterlə məğlubiyyətdən sonra futbolçuları bazaya qapadılar

25.11.2024

Qol.az saytına istinadən Icma.az xəbər verir.

"Verona"nın baş məşqçisi Paolo Zanetti A seriyasının 13-cü turunda "İnter"ə məğlubiyyətdən (0:5) sonra komandanı təlim-məşq bazasında saxlayıb.

QOL.az xəbər verir ki, bu barədə mütəxəssis klubun saytına açıqlamasında bildirib.

O deyib: “Düşünürəm ki, futbolçularımın başı nəsə səhv işləyir. Bunu həll etmək lazımdır. Ona görə də, məqbul oyun səviyyəsinə nail olana qədər biz qeyri-müəyyən müddətə bazaya qapanırıq”.

Qeyd edək ki, “Verona” hazırda turnir cədvəlində 12 xalla 14-cüdür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью