“İnternational” BOKT məhkəməyə verildi | Icma.az
Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq. “İnternational” Bank Olmayan Kredit Təşkilatı ilə bağlı məhkəməyə müraciət olunub.
Tribunainfo.az xəbər verir ki, sözügedən BOKT-la bağlı iddianı Malıyeva Afaq Ehtibar qızı qaldırıb.
İşin mahiyyəti müqavilənin etibarsız hesab edilməsi tələbi üzrədir. BOKT-la bağlı işə Nərimanov rayon Məhkəməsində baxılır.
İşlə bağlı növbəti proses 12 fevral tarixində hakim Nərgiz Tağıyevanın sədrliyi ilə baş tutacaq.
Qeyd edək ki, məhkəməyə verilən “İnternational” BOKT-un İdarə Heyətinin sədri Həsənov Nicat Vaqif oğludur.
BOKT “International” 2013-cü ildə yaradılıb və 5 mln. manat nizamnamə (səhm) kapitalı var. BOKT-un səhmdarı 100% Rifat Həsənovdur.
Tərəfləri dinləməyə hazırıq. Roman Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu