İnternational BOKT un yarım milyon manatdan çox vergi borcu yarandı

01.06.2026

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

"İnternational" QSC bank olmayan kredit təşkilatının (BOKT) yarım milyon manat vergi borcu yığılıb.
Demokrat.az Yurd.Media-ya isrtinadən xəbər verir ki, illik 34-36% faiz dərəcəsi ilə ölkədə ən bahalı kredit verən BOKT-lardan olan "İnternational"ın hazırda dövlət qarşısında vergi borcunun miqdarı 557 340 manat təşkil edir.
2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərinə nəzər saldıqda kredit təşkilatı ötən il 5,55 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 15% çoxdur.
Bu ilin əvvəlinə "International"ın aktivləri ötən ilin əvvəlinə nisbətən 33,2% çox - 60,65 milyon manat, o cümlədən kredit portfeli 35% çox - 51,25 milyon manat təşkil edib.
BOKT-un öhdəlikləri 46,5 milyon manat (38,1% çox), balans kapitalı isə 14,15 milyon manat (19,4% çox), o cümlədən nizamnamə kapitalı 10 milyon manat (25% çox) olub.
Qeyd edək ki, "International" 2013-cü ildə yaradılıb. Nizamnamə kapitalı 10 milyon manat olan BOKT-un yeganə səhmdarı Rifat Həsənovdur, direktoru isə Nicat Həsənovdur.
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью