Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 24 dekabr, AZƏRTAC Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi seminar institutun baş mütəxəssisi Kəmalə Həşimova “İnternet mühitində reklam və marketinq fəaliyyətinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda tədqiqatını təqdim edib.
O bildirib ki, tədqiqatın məqsədi internet mühitində reklam və marketinq fəaliyyətinin səmərəliliyinin artırılması, müştəri məmnunluğunun əldə edilməsi üçün metod və alqoritmlərin işlənilməsidir.
Mövzunun aktuallığından bəhs edən məruzəçi qeyd edib ki, informasiya texnologiyalarının sürətli inkişafı ilə vətəndaşların internet xidmətlərindən istifadəsinin artması virtual məkanda reklam və marketinq fəaliyyətinin genişlənməsinə səbəb olub.
Onun sözlərinə görə, dissertasiya işi çərçivəsində internet reklamının inkişaf perspektivləri, xüsusiyyətləri və imkanları araşdırılıb, mövcud problemlər müəyyənləşdirilib.
Həmçinin internet mühitində reklam və marketinq məsələlərinin səmərəli həlli üçün müştəri rəyləri əsasında veb-saytların qiymətləndirilməsi alqoritmi, effektivlik göstəricilərinin sayının azaldılması metodu, internet reklam kampaniyasının effektivliyinin dinamik dəyişməsi modeli, eləcə də e-kommersiya mühitində müştəri maraqlarının proqnozlaşdırılmasında tövsiyə sistemi üçün alqoritm işlənilib.
Əldə olunan elmi nəticələrin yoxlanması məqsədilə eksperimentlər aparılıb.