İnternet və rabitə xidmətlərində yeni qaydalar qəbul edildi

24.11.2026

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Milli Məclisin plenar iclasında “Telekommunikasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

 "Yeni Sabah" xəbər verir ki, yeni dəyişikliklər telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair məcburi tələblərin hüquqi məzmununun dəqiqləşdirilməsini və hüquqi müəyyənlik prinsipinin təmin olunmasını nəzərdə tutur.

Qüvvədə olan Qanunun 33.1.5-ci maddəsinə əsasən, operatorlar telekommunikasiya xidmətlərini müəyyən edilmiş standart, norma və qaydalara uyğun keyfiyyətlə göstərməlidirlər. Lakin layihədə qeyd olunub ki, qanunvericilikdəki “standart, norma və qaydalar” və “telekommunikasiya xidmətlərinin standartları” ifadələri riayət edilməli konkret və məcburi tələblərin dairəsini birmənalı müəyyən etməyə imkan vermir. Buna görə də qanuna xidmətin keyfiyyət səviyyəsini müəyyən edən, ölçülə bilən və yoxlanıla bilən meyarları ehtiva edən “keyfiyyət göstəriciləri” anlayışı daxil edilir. Online shopping Azərbaycan

Sənəddə vurğulanıb ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərin, o cümlədən internet xidmətlərinin keyfiyyət göstəriciləri” xidmətlərin ölçülməsi və qiymətləndirilməsi üçün əsas meyarları müəyyənləşdirir və operatorlarla provayderlərin fəaliyyətində məcburi tələb kimi çıxış edir.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью