İnternet xətlərini çəkən işçilər maaşlarını ala bilmirlər

15.12.2024

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

"Upsilon" MMC-nin bölgələrdə internet dirəklərinin basdırılması və kabellərin çəkilməsi işini görən işçiləri maaşlarını ala bilmirlər. Onlar 6 aydır ki, ödənişlərini almayıblar.

Oxu.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, iddialara görə, şirkət 60-a yaxın işçinin əməkhaqlarını vermir və onları yalan vədlərlə gözlədir.

İşçilər deyirlər ki, onlara həvalə olunan işi vaxtında təhvil veriblər.

Məsələ ilə bağlı şirkətdən "Xəzər Xəbər"ə bildirilib ki, ilin sonunadək təhvil-təslim prosesi yekunlaşdırılacaq və işçilərin maaşları tam ödəniləcək.

Ətraflı süjetdə:

İnternet xətlərini çəkən işçilər maaşlarını ala bilmirlər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью