İnternetin keyfiyyət göstəriciləri müəyyən ediləcək

27.10.2026

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinin müəyyən edilməsi və xidmətlərin həmin göstəricilərə uyğun göstərilməsi təklif olunur.

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Telekommunikasiya haqqında” qanun layihəsində əksini tapıb.

Dəyişikliyə əsasən, qanunda telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair tələblər yenilənir. Belə ki, müvafiq maddədə “standartlarının” sözü “keyfiyyət göstəricilərinin” sözləri ilə əvəz edilir.

Digər dəyişikliyə əsasən, telekommunikasiya xidmətləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən keyfiyyət göstəricilərinə uyğun göstərilməlidir.

Qanun layihəsi səs verməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью