İnterpol tərəfindən axtarışda olan şəxs saxlanılıb

13.03.2025

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


İnterpol tərəfindən qırmızı bülletenlə axtarışda olan şəxs Türkiyədə saxlanılıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, İŞİD terror təşkilatının üzvü olduğu bildirilən şübhəli Şanlıurfada həbs edilib.
Belə ki, yerli polis qrupları terrorla mübarizə çərçivəsində axtarışda olan şübhəlilərin tutulması üçün əməliyyat keçirib.
Bu çərçivədə qruplar silahlı terror təşkilatı DEAŞ üzvü olduğu üçün İnterpol tərəfindən qırmızı bülletenlə axtarışa verilən xarici ölkə vətəndaşı M.A.-nın gizləndiyi ünvanı müəyyən edərək onu tutublar.
Polis şöbəsində aparılan əməliyyatlardan sonra M.A deportasiya olunmaq üçün İl İmmiqrasiya İdarəsinin qruplarına təhvil verilib.
Anar Əliyev
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью