İnterpol tərəfindən axtarışda olan şəxs Türkiyədə saxlanıldı

10.05.2025

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya tərəfindən İnterpol xətti ilə axtarışda olan şəxs Türkiyədə saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri  Ali Yerlikaya  məlumat yayıb. 

“Beynəlxalq terrorizm” maddəsi ilə cinayət törətdiyinə görə İnterpolun qırmızı bülleteni ilə Rusiya tərəfindən axtarışda olan şəxs saxlanılıb ”, - Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Bildirilir ki, cinayətkar şəxs Hatayda saxlanılıb. 

Bundan əlavə,  Türkiyə xüsusi xidmət orqanları Antalyada Gürcüstan tərəfindən axtarışda olan mütəşəkkil cinayətkar qrupun üzvünü də saxlayıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью