İnterpol xətti ilə axtarışda olan 12 nəfəri Türkiyəyə ekstradisiya edilib

01.12.2025

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gürcüstan, Almaniya, Avstriya və Fransa İnterpolun qırmızı bildirişləri ilə beynəlxalq axtarışda olan 12 nəfəri Türkiyəyə təhvil verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

Qeyd edilib ki, təhvil verilənlərin əksəriyyəti Gürcüstandan (yeddi nəfər) ölkəyə gətirilib. Almaniya hakimiyyəti axtarışda olan üç nəfəri, Avstriya və Fransa isə hər biri bir nəfəri Türkiyəyə təhvil verib.

“Bu kateqoriyadan olan şəxslər qəsdən adam öldürmə, oğurluq, fırıldaqçılıq, soyğunçuluq, narkotik qaçaqmalçılığı və digər cinayətlərdə ittihamlar ilə axtarışda idilər”, - deyə türk nazir bildirib.

Türkiyənin daxili işlər naziri əməkdaşlığa görə İnterpola və Avropa İttifaqı Polis Xidmətinə (Avropol) minnətdarlığını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью