İnterpolun axtardığı İŞİD üzvü Gürcüstanda saxlanılıb

02.05.2025

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (SUS) antiterror əməliyyatları çərçivəsində həyata keçirilən kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Rustavi şəhərində İnterpolun dövriyyə bildirişi əsasında başqa bir ölkənin təşəbbüsü ilə axtarışda olan əcnəbi vətəndaşın saxlanıldığını bildirib.

"Report"un Gürcüstan bürosunun məlumatına görə, istintaq nəticəsində müəyyən olunub ki, həmin şəxs 2014-cü ildə Yaxın Şərqə gedərək bölgədə fəaliyyət göstərən “İslam Dövləti” (İŞİD) adlı terrorçu təşkilata qoşulub.

SUS-un Antiterror Mərkəzinin məlumatına əsasən, saxlanılan şəxs döyüş təcrübəsinə malikdir və partlayıcı qurğular sahəsində yüksək ixtisaslı mütəxəssisdir. O, terror təşkilatında xüsusilə mühüm fəaliyyətlərə cavabdeh olub.

Axtarış zamanı saxlanılan şəxsin yaşadığı evdən istintaq üçün əhəmiyyət kəsb edən müxtəlif sübutlar və elektron məlumat daşıyıcıları götürülüb.

İstintaq Dövlət Təhlükəsizliyi Xidmətinin Antiterror Mərkəzi tərəfindən müvafiq ixtisasla davam etdirilir.

"Cebheinfo.az" 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью